Puarye Makqreqorla üçüncü döyüşə razılaşdı


Amerikalı UFC döyüşçüsü Dastin Puarye keçmiş çempion Konor Makqreqora qarşı üçüncü görüşü keçirməyə hazır olduğunu açıqlayıb.

“Biz bunu üçüncü dəfə etməyə hazırlaşırıq”, - deyə Puarye bildirib.

Qeyd edək ki, idmançılar buna qədər iki dəfə qarşılaşıb. İlk döyüş 2014-cü ilin sentyabrında irlandiyalı Konor Makqreqorun qələbəsi ilə başa çatıb. Əbu-Dabidə keçirilən ikinci döyüşdə isə Dastin Puarye həmin məğlubiyyətin əvəzini çıxıb.