İtaliyanın “Yuventus” klubunun rəhbərliyi portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu ilə yeni müqavilə imzalamağa qərar verib.
Bu barədə “Tuttosport” məlumat yayıb.
Turin klubu K.Ronaldunun 2023-cü ilin yay ayına qədər klubda qalmasında maraqlıdır.
Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu “Yuventus”un heyətində 23 oyuna çıxıb və 22 dəfə rəqib qapısına yol tapıb.
K.Ronaldunun “Yuventus”la müqaviləsi 2022-ci ilin 30 iyununda bitir.