Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Sofian Fequlini transferə çıxarıb.
Apasport.az xəbər verir ki, bunu Fransanın “Sent-Etyen” klubunun prezidenti Bernar Kayazzo deyib.
“Zamalek”in hücumçusu Mustafa Məhəmməd uğrunda mübarizədə İstanbul nəhənginə uduzduqlarını bildirən Kayazzo “cim-bom”un bir oyunçunu satışa çıxardığını söyləyib: “Mustafa Məhəmmədi heyətə qatmaq üçün “Qalatasaray” bir oyunçusunu satmaq məcburiyyətindədir. Onlar bu problemi yoluna qoymaq üçün Sofian Fequli üçün təkliflər gözləyirlər”.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan 32 yaşlı Fequli “Qalatasaray”a 2017-ci ildə İngiltərə təmsilçisi “Vest Hem”dən keçib.