Futbol üzrə Türkiyə Super Liqasında turun ən gözlənilən matçı – “Fənərbağça” və “Qalatasaray” komandaları arasında İstanbul derbisi baş tutub.
FIFA referisi Cüneyt Çakırın idarə etdiyi matç “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə bitib. Qola 54-cü dəqiqədə misirli legioner Mustafa Məhəmməd imza atıb.
Nəticədə hazırda hər iki klubun 48 xalı var. Komandalar turnir cədvəlinin ilk iki yerini bölüşürlər.