“Napoli” isə 38 yaşlı futbolçu ilə bacarmayıb
İtaliya A seriyasında XXI tur 4 oyunla davam edib.
Apasport.az saytının məlumatına görə, “Atalanta” doğma arenasında “Torino” önündə erkən qollarla 3 top fərqi ilə önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib.
Nəticədə bol qollu qarşılaşmada berqamolular 1 xalla kifayətlənib.
Turun mərkəzi oyunu Turində baş tutub. Turnir cədvəlində qonşu olan “Yuventus”la “Roma” üz-üzə gəlib. Hər hissədə vurduğu bir qol “Yuventus”a ardıcıl 6-cı qələbəni qazandırıb. “Qoca sinyora” həm də turnir cədvəlində rəqibini üstələyərək, 3-cü pilləyə yüksəlib.
“Cenoa”nın qonağı olan “Napoli” isə 38 yaşlı Qoran Pandevlə bacarmayıb. Məhz onun dublu genuyalıları qələbəyə daşıyıb.
Qeyd edək ki, turun qalan matçları fevralın 7-də keçiriləcək.
İtaliya A seriyası
XXI tur
6 fevral
“Atalanta” – “Torino” – 3:3
İliçiç, 14, Siriqu, 19 (avtoqol), Muriel, 21 – Belotti, 42, 45+1, Bonatsoli, 84
“Sassuolo” – “Speziya” – 1:2
Kaputo, 25 – Erliç, 39, Qyasi, 78
“Yuventus” – “Roma” – 2:0
Ronaldo, 13, İbanyez, 69
“Cenoa” – “Napoli” – 2:1
Pandev, 11, 26 – Politano, 79