“Arsenal” uduzub, “Old Trafford”da 6 qol vurulub


İngiltərə Premyer Liqasında XXIII turun mübarizəsi başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk gündə 5 oyun keçirilib.

Turnir cədvəlindəki qonşusu “Aston Villa”nın qonağı olan “Arsenal” Birminhemdən əliboş dönüb.

Autsayderlər zonasında qərarlaşan “Fulhem”lə üz-üzə gələn “Vest Hem” səfərdə 1 xalla kifayətlənib.

Çempionluğu hədəfləyən “Mançester Yunayted” ilk “dördlüy”ə iddia edən “Everton”u sınağa çəkib. “Old Trafford”da bol qollu alınan görüşdə “mankunianlar” qələbəni son anda əldən veriblər. Liverpullular matça əlavə edilmiş axırıncı dəqiqədə məğlubiyyətdən qaça biliblər.

Tura fevralın 7-8-də keçiriləcək oyunlarla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXIII tur
6 fevral
“Aston Villa” – “Arsenal” – 1:0
Uotkins, 2
“Bernli” – “Brayton” – 1:1
Qudmundsson, 53 – Dank, 36
“Nyukasl” – “Sauthempton” – 3:2
Uillok, 16, Almiron, 26, 45+4 – Minamino, 30, Uord-Prouse, 48
“Fulhem” – “Vest Hem” – 0:0
“Mançester Yunayted” – “Everton” – 3:3
Kavani, 24, Fernandes, 45, Maktomine, 70 – Dukur, 49, Hames Rodriges, 52, Kalvert-Lyuin, 90+6