"Yuventus" "Roma"nın futbolçusunu istəyir


“Yuventus” heyətini  yeni futbolçu ilə gücləndirmək istəyir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi “Roma”dan Nikolo Zaniolonu transfer etmək niyyətindədir. “Qoca sinyora” yaxında 21 yaşlı yarımmüdafiəçi üçün müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Zaniolonun 2024-cü ilədək “Roma” ilə müqaviləsi var.