UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Liverpul” - “Leypsiq” matçının yerini açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq.
Belə qərar verilməsinə Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırması səbəb olub.
Qeyd edək ki, “Liverpul” – “Leypsiq” matçı fevralın 16-da keçiriləcək.