“Barselona” klubunun kapitanı Lionel Messi İspaniya çempionatının 22-ci turunda “Betis”ə qarşı oyunda (3:2) yeni uğura imza atıb.
“Sportbox” xəbər verir ki, 34 yaşlı hücumçu La Liqada əvəzetmədən sonra 27-ci dəfə fərqlənməyi bacararaq “Real Sosyedad”ın sabiq futbolçusu Oskar de Paula çatıb.
L.Messi 57-ci dəqiqədə Riki Puçun yerinə matça girib və iki dəqiqə sonra fərqlənib.
Qeyd edək ki, ehtiyatdan oyuna girdikdən sonra vurulan qolların sayına görə ilk sırada “Barselona”nın keçmiş hücumçusu Xulio Salinas (28 qol) qərarlaşıb.