Suares bombardirlər yarışında Messini ötdü

“Atletiko” klubunun hücumçusu Luis Suarez La Liqanın bombardirlər yarışında mövqeyini möhkəmləndirib.

Sports.ru xəbər verir ki, uruqvaylı futbolçu “Selta” ilə qarşılaşmada dubla imza atıb.

Beləliklə, L. Suares bu mövsüm “Atletiko”nun formasını geydiyi 17 oyunda 16 dəfə fərqlənərək ən yaxın rəqibi Lionel Messini və Yussef Nəsrini üç qol qabaqlayır.

Qeyd edək ki, L. Suaresdən fərli olaraq L.Messi 19, Y. Nəsri 21 oyundan sonra bu nəticəni əldə edə bilib.