“Keşlə” Futbol Klubu Moldova milli komandasının yarımmüdafiəçisi Yevgeni Koçuku heyətinə qatıb.
27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Koçuk buna qədər Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib.
Həmçinin 2015-ci ildən Moldova milli komandasına dəvət alan futbolçu, yığmada 25 oyun keçirib.