Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan 2021-ci ilin Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ən azı dörd gündə bir dəfə koronavirus testindən keçməli olacaqlar.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yoxlamalar Olimpiya və Paralimpiya kəndləri ərazisindəki ixtisaslaşmış laboratoriyada aparılacaq.
İdmançılar test nəticələrinin cavabını smartfon üçün nəzərdə tutulan mobil tətbiq vasitəsilə alacaq.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunlarının 23 iyul – 8 avqust tarixlərində keçirilməsi nəzərdə tutulub.