“Bavariya” ikinci dəfə dünya çempionu olub

Qətərdə keçirilən klublararası dünya çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, turnirin son günündə iki matç keçirilib.

Öncə 3-cü yerin sahibi müəyyənləşib. Misirin “Əl-Əhli” klubu Braziliya təmsilçisi “Palmeyras”la görüşüb. Qolsuz bitən matçın penaltilər seriyasında afrikalılar qalib gəlib.

Həlledici görüşdə “Bavariya” Meksika “Tiqres”ini sınağa çəkib. Almaniya klubu şimali amerikalıların müqavimətini yalnız ikinci hissədə qıra bilib. Bu, 2013-cü ildə də titula yiyələnən Münhen təmsilçisinin ikinci çempionluğu olub.

Klublararası dünya çempionatı
11 fevral
3-cü yer uğrunda oyun
“Əl-Əhli” (Misir) – “Palmeyras” (Braziliya) – 0:0, pen.3:2
Final
“Bavariya” (Almaniya) – “Tiqres” (Meksika) – 1:0
Pavar, 59