İngiltərənin “Mançester Siti” futbol klubunun ispaniyalı müdafiəçisi Anxelinyo Almaniyanın “Leypsiq” klubuna transfer edilib.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2025-ci ilin yayına qədər etibarlıdır.
“Anxelinyo bizim üçün inanılmaz dərəcədə vacib olan çox yaxşı oyunçudur. Sürətlə inkişaf edir və böyük potensiala sahibdir. Daim inkişaf etmək üçün fürsət axtarır”, - deyə komandanın baş məşqçisi Yulian Naqelsmann bildirib.
İspaniyalı 24 yaşındadır və 2020-ci ilin yanvarından bəri “Leypsiq”də icarə əsasında çıxış edirdi. Bu mövsüm futbolçu bütün turnirlərdə 29 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib. O, “Mançester Siti” ilə birlikdə İngiltərə Superkubokunun qalibi olub.