“Yuventus” və "Milan" uduzdu


İtaliya A seriyasında XXII tur davam edir.

Apasport.az bildirir ki, ikinci oyun günündə üç matç baş tutub.

Son çempion "Yuventus" səfərdə "Napoli"yə minimal hesabla uduzub. Digər Turin təmsilçisi "Torino" evdə "Cenoa" ilə qolsuz heç-heçə edib. "Milan" "Speziya" ilə səfər matçından xalsız ayrılıb.

Qeyd edək ki, tura fevralın 15-də yekun vurulacaq.

İtaliya A seriyası
XXII tur    
13 fevral
"Torino" - "Cenoa" - 0:0
"Napoli" - "Yuventus" - 1:0
İnsinye, 31 (pen.)
"Speziya" - "Milan" - 2:0
Maqqiore, 56, Bastoni, 67