"Bavariya" "Leyptsiq"in futbolçusu Dayo Upamekanonu transfer edib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Upamekano bu mövsüm Bundesliqada 19 matça çıxıb və 1 qol vurub.