Çempionluq əldən getdi, Klopp kövrəldi - VİDEO


"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 24-cü turunda "Lester"ə məğlub olduqları matçdan (1:3) sonra komandasının uğursuzluğuna görə az qala ağlayıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis "Yurgen, indi çempionluq titulunu əldən verirsən?" sualını kövrələrək, belə cavablandırıb:

"Bəli. İnana bilmirəm. Amma bu belədir".

Həmin anların videogörüntüsünü təqdim edirik.