Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.
Apasport.az xəbər verir ki, bu barədə “bordo-mavililər” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, futbolçuların birində COVID-19 şübhəsi olub və testin nəticəsi pozitiv çıxıb. Virusa yoluxan adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə başlanılıb.
Qeyd edək ki, “Trabzonspor” Super Liqanın XXV turu çərçivəsində dünən “Qaziantep”i öz meydanında 1:0 hesabı ilə məğlub edib.