İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan idmançısı qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, Olimpiadaya reytinq xalları qazanadıran yarışın ilk günündə Azərbaycan millisinin yeddi üzvündən yalnız Davud Məmmədsoy tatamiyə çıxıb.
60 kq çəki dərəcəsində yarışan idmançımız finalda Gürcüstan cüdoçusu Temur Nozadzeni ippona salaraq çempion tituluna yiyələnib.