“Totenhem”in Mourinyonun yerinə namizədləri bəlli oldu

“Tottenhem” hazırkı baş məşqçi Joze Mourinyo qovulacağı halda yerinə gətirilə biləcək mütəxəssislərin siyahısını hazırlayıb.
Bu barədə Sport.es məlumat yayıb.
Nəşrə danışan mənbənin sözlərinə görə, “Tottenhem” namizəd kimi “Lester”in baş məşqçisi Brendan Rocers və “Leypsiq”in çalışdırıcısı Yulian Naqelsmanla maraqlanır.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasının son beş qarşılaşmasında dörd dəfə məğlub olub.