"Barselona" və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miquelina Dos Santos koronavirusdan vəfat edib.
Trend-in məlumatına görə, tanınmış futbolçunun anası 71 yaşında dünyasını dəyişib. O, ötən ilin dekabr ayında koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, oktyabr ayında Ronaldinyonun özü koronavirusa yoluxmuşdu.