"Liverpul"da Hendersonun vəziyyətinin yaxşı deyil

"Liverpul"un futbolçusu Cordan Henderson zədələnib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ötən gün Premyer Liqanın 25-ci turunda "Everton"la matçda (0:2) xəsarət alıb. O, oyuna davam edə bilməyob və əvəzlənib.

Komandanın baş məşqçisi Yurgen Klopp görüşdən sonra açıqlamasında Hendersonun vəziyyətinin yaxşı olmadığını deyib.

Qeyd edək ki, "Liverpul"un futbolçularından Vircil van Dayk, Joel Matip, Joe Qomes, Ceyms Milner, Fabinyo və Dieqo Yota da zədəlidir.