İtaliya A seriyasında növbəti Milan derbisi keçirilib.
Apasport.az saytının məlumatına görə, “Milan” və “İnter” ölkə çempionatlarında 196-cı dəfə üz-üzə gəlib.
Bu qarşılaşma A seriyasının XXIII turuna təsadüf edib. Rəqiblərini eyni stadionda qəbul edən rəqiblərin duelində “Milan” ev sahibi olub.
Çempionatın liderlərinin dueli erkən qolla başlayıb. Lautaro Martines 5-ci dəqiqədə vurduğu topla “İnter”i hesabda önə çıxarıb. Fasilədən sonra da sevinən tərəf “neradzurra” olub.
Lautaro 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Cəmi 9 sonra Romelu Lukaku üçüncü dəfə “rossonyeri”nin topu qapıdan çıxarmağa məcbur edib.
Bu, “İnter”in çempionat çərçivəsində “Milan” üzərində yubiley – 75-ci qələbəsi olub. Digər qarşılaşmada “Milan” 63 qələbə qazanıb, 58 matç heç-heçə bitib. Top fərqində də neradzurra” öndədir – 286:259.
Qeyd edək Ki, bu qələbədən sonra xal hesabını 53-ə çatdıran “İnter” liderliyini möhkəmlədib. İkinci sırada qalan “Milan” 4 xal geridədir.