Azərbaycanlı cüdoçu Davud Məmmədsoy növbəti yarışı buraxacaq.
Oxu.Az-ın xəbərinə görə, ötən həftə İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş “Böyük Dəbilqə” yarışında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış idmançı zədələnib.
Bu səbəbdən də 25 yaşlı idmançı 5-7 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilməli olan növbəti “Böyük Dəbilqə” yarışında iştirak edə bilməyəcək. Bu yarışda 60 kq çəki dərəcəsində onu Oruc Vəlizadə əvəzləyəcək.
Qeyd edək ki, 60 kq-da Daşkənddə Azərbaycanı təmsil edəcək digər cüdoçumuz Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğlu Kəramət Hüseynov olacaq.