Ronaldu XXI əsrdə mindən çox oyuna çıxan yeganə futbolçu oldu


“Yuventus” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu XXI əsrdə mindən artıq oyun keçirən yeganə futbolçu olub.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası məlumat yayıb.

Hücumçu ümumilikdə 1 047 dəfə meydana çıxıb. Reytinqin ikinci pilləsində “Real”ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas qərarlaşıb. Qapıçı XXI əsrdə 974, XX əsrdə isə 74 oyuna çıxıb. Meydana çıxdığı ümumi oyunların sayında isə İker Kasilyas Ronaldunu qabaqlayıb (1 048). Reytinqin üçüncü pilləsində Dani Alves qərarlaşıb. O, meydana XXI əsrdə keçirilmiş 969 oyunda çıxıb.

Reytinqin növbəti pillələrinin ardıcıllığı bu cür olub:

4. Xavi - 937 oyun (XX əsrdə + 80 oyun)

5. Yasuhito Endo - 909 oyun (XX əsrdə + 84 oyun)

6. Zlatan İbrahimoviç 907 (XX əsrdə + 9 oyun)

7. Rojerio Seni 904 ( XX əsrdə 310 oyun)

8. Lionel Messi 902

9. Canluici Buffon 852 (XX əsrdə + 212 oyun)

10. Xavyer Zanetti 717 (XX əsrdə + 383)