DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Türkiyə qarşılaşmasının yeri dəyişdirilib.
Bu barədə Türkiyənin “SporX” saytı məlumat yayıb.
Məlumata əsasən, martın 27-də Norveçdə təşkil olunması planlaşdırılan görüş koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş səyahət məhdudiyyətləri səbəbindən İspaniyanın Malaqa şəhərində baş tutacaq.