Azərbaycanlı futbolçu koronavirusa yoluxdu - FOTO

"Keşlə" klubunun futbolçusu İlkin Qırtımovda koronavirus aşkarlanıb.

Bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX turun oyunundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağ cinah müdafiəçisinin test nəticəsi bu gün müsbət çıxıb. Qurbanov oyunçunun dərhal təcrid edildiyini bildirib.