DÇ-2022-nin seçmə mərhələsində millimizin qonağı olacaq Serbiya yığması Bakıya yola düşüb.
Qol.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, komanda ölkəmizə itkilərlə gəlir.
"Verder"in (Almaniya) müdafiəçi Miloş Velkoviç və "Rubin"in (Rusiya) hücumçusu Corce Despotoviç zədə səbəbindən yığmadan kənarda qalıb. "Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç isə ötən gün Portuqaliya ilə görüşdə (2:2) qırmızı vərəqə alıb.
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlanacaq.