Baş məşqçiliyi cəmi 5 gün çəkdi - Superliqada istefa

Türkiyə Superliqasında növbəti istefa reallaşıb.

Qol.az “Hürriyət”ə istinadən xəbər verir ki, “Erzurumspor”un baş məşqçisi İsmayıl Kartal vəzifəsindən ayrılıb.

Beş gün əvvəl baş məşqçi təyin edilən çalışdırıcının bu gün Antalyada hazırlıq keçən komadanın düşərgəsini tərk etdiyi və artıq onunla yolların ayrıldığı bildirilib. Baş məşqçi ilə klub rəhbərliyi arasında fikir ayrılığı olduğundan bu qərarın verildiyi qeyd olunub.

“Erzurumspor” 27 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis son olaraq “Konyaspor”u çalışdırıb.