Fransa millisinin üzvü Antuan Qrizmann yeni rekorda imza atıb.
Qol.az xəbər verir ki, “Barselona”nın hücumçusunun rekordu DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla səfər oyununda qeydə alınıb. O, 2:0 hesabı ilə qalib gəldikləri görüşün start heyətində meydana çıxıb. Bununla da Qrizmann millidə ardıcıl 45-ci matçında oyuna ilk 11-likdə başlayıb.
Buna qədər isə sözügedən rekord yığmanın keçmiş yarımmüdafiəçisi Patrik Vieyraya məxsus idi.
Qeyd edək ki, Qrizmann millidə ümumilikdə 88 oyuna çıxıb və 34 qol vurub.