DÇ-2022: Seçmə mərhələdə son nəticələr - YENİLƏNİR

Bu gün keçiriləcək 15 görüşlə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II tura yekun vurulacaq.

Fanat.Az-ın məlumatına görə, ikinci oyun günündə qarşılaşmalar B, C, D, F, I və J qruplarına təsadüf edəcək.

B qrupu Gürcüstan yığması İspaniyanı qəbul edib və ispanlar əzmkar qələbə qazanıb - 2:1. 

D qrupunda Qazaxıstan yığması Fransanı qəbul edib. Görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. 75-ci dəqiqədə Fransa millisindən Kilian Mbappe penaltini qaçırıb. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib.
 
F qrupunda Danimarka doğma meydanda Moldovanı sınağa çəkib. Bu oyunda seçmə məhələnin ən böyük hesablı qələbəsi qeydə alınıb - 8:0.

I qrupunda İngiltərə millisi səfərdə Albaniyaya 2:0 hesabı ilə qalib gəlib.

J qrupunda isə Ermənistan İslandiyanı 2:0 hesabı ilə yenib. Ermənilər hazırda qrup lideridi.

Qeyd edək ki, 10 qarşılaşma 22.45-də başlayacaq.
 

DÇ-2022
Seçmə mərhələ
II tur, 28 mart

B qrupu
Gürcüstan - İspaniya 1:2
Qollar: Xviço Kvaratsxeliya, 44 - Ferran Torres, 56. Dani Olmo, 90+2.

22:45. Kosovo - İsveç

Xal durumu: İspaniya - 4, İsveç - 3, Yunanıstan - 1,  Kosovo - 0, Gürcüstan - 0

C qrupu
22:45. Bolqarıstan - İtaliya
22:45. İsveçrə - Litva

Xal durumu: İsveçrə - 3, İtaliya - 3, Litva - 0 (oyun keçirməyib), Bolqarıstan - 0, Şimali İrlandiya - 0

D qrupu
Qazaxıstan - Fransa 0:2
Qollar: Osman Dembele, 19. Sergey Malıy, 44 (avtoqol).

22:45. Ukrayna - Finlandiya

Xal durumu: Bosniya və Herseqovina - 1, Finlandiya - 1, Ukrayna - 1, Fransa - 1, Qazaxıstan - 0 (oyun keçirməyib)

F qrupu
Danimarka - Moldova 8:0
Qollar: Kasper Dolberq, 19; 48. Mikkel Damsqaard, 22; 29. Yens Striqer Larsen, 35. Matias Yensen, 39. Robert Skov, 81. Markus İnqvartsen, 89.

22:45. İsrail - Şotlandiya
22:45. Avstriya - Farer adaları

Xal durumu: Danimarka - 6, Avstriya - 1, Şotlandiya - 1, Farer adaları - 1, Moldova - 1, İsrail - 0.

I qrupu
Albaniya - İngiltərə 0:2
Qollar: Harri Keyn, 39. Mason Mount, 63.

22:45. Polşa - Andorra
22:45. San Marino - Macarıstan

Xal durumu: İngiltərə - 6, Albaniya - 3, Polşa - 1, Macarıstan - 1, Andorra - 0, San Marino - 0

J qrupu
Ermənistan - İslandiya 2:0
Qollar: Tiqran Barseqyan, 53. Xoren Bayramyan, 74. 

22:45. Rumıniya - Almaniya
22:45. Şimali Makedoniya - Lixtenşteyn

Xal durumu: Ermənistan - 6, Almaniya - 3, Rumıniya - 3, Şimali Makedoniya - 0, Lixtenşteyn - 0, İslandiya - 0.

Qeyd edək ki, turun 10 oyunu martın 27-də keçirilib.