Qətərdə keçiriləcək 2022-ci il Dunya Çempionatının secmə görüşləri davam edir. Azərbaycan millisi bu dəfə Bakıda Serbiyanı qəbul etdi. İndiyədək serblərə başağrı olmağı bacarmışdıq, belə ki? 2003-cü ildə seçmə görüşlərdə eyni qrupda mübarizə aparırdıq. Rəqibi Bakıda 2-1 hesabıyla məğlub edərək, səfərdən də müsbət nəticə ilə qayıtmışdıq 2-2. Ancaq bu qələbədən artıq 18-il ötürdü, nəzərə alsaq ki, Balkan futbolu son illərdə yüksək templə inkişaf edır, oyunun bizim üçün cətin olacağı bəlli idi.
Millimiz boş tribunada tarixi təkrarlaya bilmədi. Olimpiya standartdarlarına uyğun tutumu - 60 mindən çox olan tribunada heç olmasa 8-10 min azərkeşin stadionda olması bəlkə də millimizə dəstək mənası daşıyardı. Nəzərə alsaq ki milli ötən oyunlarda azerkeş dəstəyi altinda çıxış edirdi. Ancaq pandemiyanın hələ vüsət aldığı dönəmdə azarkeşlərin stadiona buraxılmasının da çətinlikləri nəzərə alınmalıydı.
Oyuna gəlincə isə millimiz ilk hissədə tək tük qol vəziyyəti əldə etdi, ancaq millimiz hücümcusu Ali Qurbani iki fürsətdən yararlana bilmədi. Hesabı isə elə ilk hissənin 16-cı dəqiqəsində serblər açdı. Mərkəz müdafiəçilərmizin inamsız oyunu nəticəsində Mitrovic topu rahat qəbul edərək hesabı açdı, ilk hissə minimal hesabla qonağların xeyrinə bitdi.
İkincı hissəyə gəldikdə isə Azərbaycan millisi Portuqaliya ilə oyunda olduqu kimi bu dəfə də yaxşı başladı. Bunun nəticəsi kimi millimiz 59-cu dəqiqədə penalti vurmaq şansı qazandı.
Səbəbkar özü Emin Maxmudov 11 metrədən fərqlənərək hesabı bərabərləşdirdi. Bu qoldan sonra biz bəlkə də 2003-cü ili xatırladıq, həmin ildə də 1-0 hesabıyla geridə idik, ancaq sonradan millimiz məhz penalti qolu ilə hesabı bərabərləşdirib sonrakı dəqiqələrdə daha bir qol vurub geri dönüş edərək qələbə qazandı. Bu dəfə isə əksinə oldu.
Daxili çempionat amili futbolda böyük rol oynayır. Serblərın heyətinə nəzər salsaq ilk 11-lik də Serbiya çempionatında çıxış edən futbolçu yox idi. Bizdə isə tam əksi idi ilk 11-likdə Anatoliy Nuriyevdən savayı bütün futbolçularımız daxili çempionatda iştirak edirdi.
Məhz elə bu oyunda Nuriyev özünü 2-3 futbolçu ilə birlikdə yaxşı tərəfdən göstərə bildi. 81-cı dəqiqədə yenə mərkəzdə inamsız oyunumuz Mitrovicin dublna şərait yaratdı. Görüş ərzində təkə-tək mübarizələrdə rəqibdən geri qalırdıq, Portuqaliya ilə oyunda taktiki futbolu bu dəfə alındıra bilmədik, mübarizəli oyun göstərə bilmədık, fiziki cəhətdən serblərdən xeyli geri qaldığımız göz qabağında idi.
Millimiz artıq 2 seçmə görüş keçirdib. Xalımız yoxdur. Secmə görüşlərin digər oyunları isə sentyabr ayında keçiriləcək. İndi futbolçularımiz diqqətlərini daxili cempionatın görüşlərinə yönəldəcəklər. Odur ki, sentyabr ayına qədər nöqsanlarmız üzərində çalışmalıyıq. Millimizi güclənidmək istəyiriksə, daxili çempionatımızı gücləndirməli və rəqabəti artırmalıyıq.
Nizami Quliyev/İdman şərhçisi