AFFA qondarma bayrağa görə FİFA-ya müraciət ünvanlayacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında qondarma rejimin bayrağı asılıb.
"Sherg.az" Metbuat.az-a istinadən xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

Bu barədə asossiasiyanın rəsmi feysbuk hesabında payalaşım edilib.

"2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq", - deyə paylaşımda qeyd olunub.