"Yuventus"un futbolçusu Leonardo Bonucci koronavirusa yoluxub.
"Sherg.az"qol.az-a istinadən xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçi İtaliya millisinin düşərgəsindən qayıtdıqdan sonra test verib və onda virus aşkarlanıb.
Futbolçu hazırda öz evində təcrid edilib. Onun həyat yoldaşı da bir neçə gün əvvəl virusa yoluxub.
Qeyd edək ki, daha əvvəl "Yuventus"da türkiyəli futbolçu Merih Demiralın da koronavirus testi müsbət çıxıb.