FİDE reytinqi ilə bağlı maraqlı tarixi göstəricilər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, indiyədək yalnız 13 şahmatçı 2800 səddini adlayıb.
Onlardan biri Azərbaycan qrossmeysteridir. Bu, Şəhriyar Məmmədyarovdur. Həmyerlimiz 2820 xalla tarixin 6-cıdır.
2800-ü fəth edən ilk şahmatçı Harri Kasparov olub. O, 1990-cı ilin yanvarında bunu bacarıb. Azərbaycan şahmat məktəbinin yetirməsi olan erməni qrossmeyster 1999-cu ildə əmsalını 2851-ə yüksəldib.
Bu rekordu yalnız Maqnus Karlsen qırıb. Hazırkı dünya çempionu iki rekorda malikdir. Norveçli ən yüksək reytinqə - 2882-yə imza atıb. O, 2800-ü ən gənc – 18 yaşında arxada qoyub.
Maraqlıdır ki, 13 qrossmeysterdən 5-i müxtəlif illərdə dünya çempionu adını qazanıb. Maqnus Karlsen, Harri Kasparov, Vişvinatan Anand, Vladimir Kramnik və Veselin Topalov taca sahib olub.
5 şahmatçı isə hazırda 30 və ya daha aşağı yaşdadır. Bunlar Maqnus Karlsen, Fabiano Karuana. Uesli So, Maksim Vaşye-Laqrav və Din Lirendir.