İsveç millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək.
Axar.az xəbər verir ki, 40 yaşlı hücumçu zədə səbəbindən qitə çempionatını buraxmalı olacaq.
Qeyd edək ki, İbrahimoviç İtaliya çempionatının 35-ci turunda "Yuventus"la keçirilən görüş zamanı zədələnib.