İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu bütün avtomobillərini Turin şəhərindən çıxarıb.
"Report"un "Per Sempre Calcio"ya istinadən məlumatına görə, daşımanı Lissabon şirkəti həyata keçirib. Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.
İspaniyanın "Cuatro 14" telekanalı Ronaldunun bu yay "Sportinq"ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə təcrübəli forvardla Fransa PSJ-sinin maraqlandığını yazıb.
Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasının bitiminə bir tur qalmış 5-ci yerdə gedir və Çempionlar Liqasına vəsiqə verən 3-4-cü pillələrdəki "Milan" və "Napoli"dən 1 xal geri qalır. "Sportinq" isə Portuqaliya çempionu olub. Kriştianu Ronaldunun ilk peşəkar klubu məhz "Sportinq" (2002 - 2003) olub.