Macarıstanın paytaxtı Budapeştdə üzgüçülük üzrə Avropa çempionatı keçirilir. “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı üzgüçü Kliment Kolesnikov arxası üstə 50 metr arxaüstə yarışda qızıl medal qazanıb.
O, bu məsafəni 23.80 saniyəyə qət edib. Rumıniyalı Robert-Andrei Glinta ikinci(24.42), ispaniyalı Ugo Gonzalez de Oliveira (24.47) isə üçüncü yeri tutub. Beləliklə, Kolesnikov beşqat Avropa çempionu olub. Yarışa mayın 23-də yekun vurulacaq.