David Alaba rəsmən "Real"da

"Bavariya"dan ayrılan David Alaba karyerasını "Real"da davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisi 28 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Alaba başa çatan mö-vsüm Bundesliqadan 32 matçda 2 qol vurub və 4 qolun ötürməsini verib.