Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür.
Sherg.az bildirir ki, bunu Trend-ə italiyalı gimnast Anna Bullo deyib.
Gimnast Bakıya ikinci dəfə gəldiyini deyib: "Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür. Yarışlar yüksək səviyyədə təşkil olunub".
O, fərdi proqramda öz çıxışından tam razı qalmadığını bildirib.
Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.
Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.