“Barselona”nın müdafiəçisi Jordi Alba komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb rəhbərliyin ondan maaşında endirimə getməklə bağlı tələbidir.
32 yaşlı sol cinah oyunçusuna artıq bir təklif də var. “Atletiko” İspaniya millisinin üzvünün xidmətində maraqlıdır. Sol cinaha oyunçu axtaran La Liqa çempionu Alba ilə ilk təmasını qurub və niyyətini çatdırıb. Ulduz futbolçu “Barselona” rəhbərliyi ilə ortaq məxrəcə gələ bilməsə, “Atletiko”ya keçidinə şərait yaradıla bilər. Futbolçunun kataloniyalılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, ötən il “Barselona”nı “Atletiko”ya dəyişən Luis Suares bu mövsüm ölkə çempionluğunu qazanıb. Alba ilə yanaşı, Antuan Qrizmannın da keçmiş komandası olan “Atletiko”ya transferi gündəmdədir.