Aquero "Mançester Siti" ilə vidalaşdı

"Mançester Siti"nin hücumçusu Serxio Aquero İngiltərə klubu ilə vidalaşıb.

Sherg.az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı argentinalı hücumçu "Tvitter" səhifəsində yazıb: "Komandamdan və uzun illər bu klubun rənglərini qorumaqdan qürur duyuram. "Mançester Siti" sonsuza qədər ürəyimdədir".

Qeyd edək ki, Aqueronun Mançester təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. Klubla müqaviləsini yeniləməyəcək futbolçunun "Barselona"ya keçəcəyi gözlənilir.