Bu gün azad agent kimi “Barselona”ya keçən hücumçu Serxio Aquero klubla müqavilə imzaladıqdan sonra öz təəssüratlarını bölüşüb.
Sports.ru xəbər verir ki, sənəddə 100 milyon avro kompensasiya nəzərdə tutulub.
“Barslona” dünyanın ən yaxşı klubudur. Buna görə də, mənə elə gəlir ki, düzgün qərar qəbul etmişəm. Ümid edirəm ki, komandaya kömək edə biləcəyəm. Bura keçidim karyeramda irəliyə doğru bir addımdır. Mən çox xoşbəxtəm. Növbəti mövsüm mükafatlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, azarkeşlər mənim oyunumu izləməkdən zövq alacaqlar. “Barsa”ya görə oyun üslubumu da dəyişməyə hazıram. Təcrübəmlə komandaya yardımçı ola biləcəyimə əminəm”, - deyə argentinalı futbolçu bildirib.