Səmayə Məmmədova nazirlikdən ayrıldı

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova işdən çıxıb.
"Report" xəbər verir ki, bunu S.Məmmədova özü jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mayın 21-də işdən çıxması ilə bağlı öz istəyi ilə ərizə yazıb və 14 il ərzində çalışdığı Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrılıb.