Aqueronun “Barselona”da alacaq maaşı açıqlandı


İspaniyanın “Barselona” klubuna transfer olan Serxio Aquero əvvəl çıxış etdiyi klublardan aldığı maaşdan dəfələrlə az məvacib alacaq.

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, 33 yaşlı argentinalı Kataloniya klubunda bir mövsüm üçün 6 milyon avro qazanacaq. Bu, S.Aqueronun “Mançester Siti”də qazandığından məvacibdən dörd dəfə azdır.

Xəbərdə həmçinin qeyd olunur ki, “Yuventus” S.Aqueroya “Barselona”dan daha yüksək məvacib təklif etsə də, futbolçu İspaniya çempionatında oynamağı üstün tutub.