Messinin “Barselona” ilə yeni müqaviləsinin təfərrüatları məlum olub

“Barselona”nın hücumçu Leonel Messi ilə yeni müqaviləsinin təfərrüatları məlum olub.

Sports.ru xəbər verir ki, katalon klubu öz kapitanına illik 60 milyon avro məvacib təklif edib. Yeni müqavilə 10 illik müddətə imzalanacaq. Messi onun iki ilini “Barselona”nın futbolçusu, növbəti iki ilini isə “Mayami İnter” klubunda çıxış edərək, “Barsa”nın ABŞ-dakı səfiri qismində keçirəcək.

Yerdə qalan altı ildə hücumçu katalonların inzibati qərərgahında çalışacaq. Bu zaman onun məvacibi də dəyişəcək. Hazırda məhz həmin məvacibini miqdarı və strukturu barədə danışıqlar aparılır.