Türkiyənin "Fənərbaxça" futbol klubu baş məşqçi Emre Belözoğlu ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bununla bağlı hər iki tərəf açıqlama yayıb. Onlar birgə çalışdıqları müddətdə əməkdaşlıqdan razılıq ifadə ediblər. Anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğu bildirilir.
Qeyri-rəsmi iddialara görə, klub rəhbərliyə əcnəbi baş məşqçi gətirmək istəyib və Emreyə onun köməkçisi vəzifəsini təklif edib, 41 yaşlı mütəxəssis isə təkliflə razılaşmayıb.
Qeyd edək ki, Emre "Fənərbaxça"da futbolçu və idman direktoru kimi də çalışıb. O, Türkiyə Super Liqasının son 10 turunda komandanın sükanı arxasında olub və “sarı-lacivərdlilər"i bürünc medalçı edib.