“Ferrari” pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran Prisinin ikinci test yürüşündə sıradan çıxıb.
Oxu.Az-ın xəbərinə görə, Monakodan olan pilot 15-ci döngə zamanı bolidində yaranan problem səbəbindən divara çırpılıb.
Qeyd edək ki, daha əvvəl “Vilyams”ın pilotu Nikolas Latifi idarə etdiyi bolidin mühərrikində yaranan problem üzündən yürüşü dayandırıb.