Apasport.az saytının məlumatına görə, ağırlıq qaldıran Fares Əl-Bax Qətərin tarixinə düşüb.
O, ölkəsinin Olimpiadalarda ilk qızıl medalını qazanıb. Asiyalı 96 kq çəki dərəcəsində uğur əldə edib. Fares iki hərəkətin cəmində olimpiya rekordu da qırıb – 402 kq.