Apasport.az saytının məlumatına görə, buna səbəb onların koronavirus protokollarını pozması olub.
Adları açıqlanmayan həmin idmançılar Oyunlardan kənar məqsədlə Atletlər Kəndini tərk edib və Tokio gəzintisinə çıxıb. Bu, onların akkreditasiyalarının əllərindən alınmasına və Olimpiya Kəndinə buraxılmamasına gətirib çıxarıb.
Gürcüstan Olimpiya Komitəsi də məlumatı təsdiqləyib. Ölkəni tərk etmək üçün 48 saat vaxt verilən cüdoçular artıq Yaponiyadan ayrılıblar. Gürcüstan mətbuatının iddiasına görə, həmin şəxslər gümüş mükafatçılar Vaja Marqvelaşvili (66 kq) və Laşa Şavdatuaşvilidir (73 kq). Onlar Yaponiyada yaşayan tanışlarından birini görmək üçün Olimpiya Kəndini tərk ediblər.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.